Prosineçki ilə maraqlanan klubun baş məşqçisi istefa verdi

Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb.

Newsport.az saytının məlumatına görə, "Bursaspor"un baş məşqçisi Mutlu Topçu çempionatın 29-cu turu çərçivəsində "Qalatasaray"a 0:5 hesabı ilə uduzduqları oyundan sonra istefa verib. 46 yaşlı çalışdırıcı komandaya Hamza Hamzaoğlunun istefasından sonra rəhbərlik edirdi.

Qeyd edək ki, "Bursaspor" 29 turdan sonra Super Liqada 35 xalla 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, milli komandamızın baş məşqçisi Robert Prosineçkinin adı bir müddətdir ki, "Bursaspor"la hallanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right