"Barselona"nın təklifini rədd etdiyim üçün peşman deyiləm" Dario Srna

"Şaxtyor"un futbolçusu Dario Srna cari mövsüm "Barselona"dan təklif aldığını təsdiqləyib.

Newsport.az saytının məlumatına görə, o, Donestk klubunda qalmaq istədiyi üçün "Barsa"nın təklifini müsbət cavablandırmadığını deyib:

"Mənim üçün "Şaxtyor"la qazanacağım ölkə çempionluğu "Barselona" ilə udacağım Çempionlar Liqasının kubokundan daha dəyərlidir. Onların təklifini rədd etdiyim üçün peşman deyiləm. "Şaxtyor" mənim ailəm kimidir. Prezident və komandanın üzvləri mənə güvənir".

Qeyd edək ki, D.Srna bu gün "Şaxtyor"la 1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right