Amit Quluzadə mövsümün son matçında oynamadı

Yunanıstan çempionatında mövsümə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, sonuncu - 30-cu turda azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - AEL səfərdə "Panatinaikos"la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Amitin adı bu qarşılaşmanın da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 28 xalla mövsümü 16 klub arasında 14-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right