İrqçiliyə məruz qaldı, meydanı tərk etdi

“Peskara”nın futbolçusu Salli Muntari irqçiliklə üzləşib.

Newsport.az-ın yaydığı xəbərə görə, İtaliya A Seriyasının 34-cü turunda “Kalyari” öz meydanında “Peskara” ilə qarşılaşıb. Ev sahibi komandanın 1:0 hesabı ilə qalib gəldiyi matçın son dəqiqələrində  “Kalyari” azarkeşləri rəqib komandanın futbolçusu Salli Muntariyə irqçi şüarlar səsləndirib.

32 yaşlı yarımmüdafiəçi vəziyyəti ilk olaraq matçın baş hakiminə bildirib. Ancaq azarkeşlər hakimin xəbərdarlığına məhəl qoymayıb. Qanalı futbolçu şüarlara tab gətirə bilməyib və meydanı tərk edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right