“Fənərbaxça”da ciddi itki

Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın qapıçısı Fabiano sıradan çıxıb.

Brazliyalı qolkiper superliqanın son turunda “Rizespor”la oyunda (3:1) zədələnib. Onun diz bağlarında yırtıq aşkarlanıb. Bu isə Fabianonun mövsümü erkən başa vurması deməkdir.

Qeyd edək ki, “Portu”dan icarəyə götürülən qapıçı bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right