Elnur Cəfərov Xorvatiya klubuna lazım deyil

Xorvatiya ikinci liqasında 30-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" səfərdə "Rudeş"lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Elnur bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 44 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right