Budaq Nəsirov "Portu"ya qarşı oynadı

Portuqaliya Sequndasında XXXIX  turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, 21 yaşlılardan ibarət milli komandamızın futbolçusu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası da növbəti matçına çıxıb.

Lissabon təmsilçisi səfərdə "Portu"nun B komandasının qonağı olun. Bol qolun qeydə alındığı matç meydan sahiblərinin 3-2 hesablı qələbəsi ilə başa çatıb. "Sportinq"in azlıqda oynadığı matçda istedadlı futbolçumuz da forma geyinib. O, matçın son 16 dəqisəsində meydanda olub.

Qeyd edək ki, bu, Nəsirovun "Sportinq"in heyətində 18-ci oyunu olub. Geridə qalan oyunlarda onun aktivində 1 qol var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right