Renat Dadaşov "Ayntraxt"da növbəti qolunu vurdu

Almaniya Cənub Gənclər Bundesliqasında XXV turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt U-19” da növbəti oyununu keçirib. Frakfurtlular doğma meydanda “Kayserslautern U-19”la qarşılaşıblar. Matç meydan sahiblərinin 5-3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü 85-ci dəqiqədə vurduğu qolla qələbəyə töhvəsini verib.

Qeyd edək ki, “Ayntraxt” bu qələbədən sonra xallarını 33-ə çatdırıb və 9-cu pillədəki mövqeyini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right