Emin Mahmudovun oynadığı matçda "Boavişta" qalib gəldi

Portuqaliya Premyer Liqasında 31-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" doğma meydanda "Tondela"nı qəbul edib. Qarşılaşma Porto təmsilçisinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

Emin Mahmudov oyuna ehtiyat oyunçular skamyasında başlasa da, 61-ci dəqiqədə meydana daxil olub. O, Anderson Karvalyonu əvəzləyib.

Qeyd edək ki, "Boavişta" 31 turdan sonra 38 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right