Bravo üçün mövsüm başa çatdı

"Mançester Siti"nin qapıçısı Klaudio Bravo mövsümü başa vurub.

Newsport.az saytının xəbərinə görə, "Mançester Yunayted"lə derbi matçında (0:0) baldır əzələsindən zədələnən 34 yaşlı qolkiperin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Bu isə o deməkdir ki, çilili əlcək sahibi mövsümü erkən başa vurmalı olub.

Qeyd edək ki, Bravo cari mövsüm "şəhərlilər"in heyətində 30 oyun keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right