Şeydayevin növbəti qolu

Millimizin və "Jilina"nın hücumçusu Ramil Şeydayev Slovakiya çempionatında ikinci qolunu vurub.

Newsport.az-ın məlumatına görə, o, Slovakiya çempionatının 29-cu turunda "Trençin"lə matçın 21-ci dəqiqəsində fərqlənib. Sözügedən oyunda "Jilina" 1:2 hesabı ilə uduzub.

"Trençin" - "Jilina" - 2:1
Qollar: 
Ramil Şeydayev, 21 (0:1), Giorgo Berizde, 31 (1:1), Ranqelo Janga, 66 (2:1)

Şeydayev oyuna start heyətində çıxıb və sonadək meydanda olub.

Xatırladaq ki, R.Şeydayev Slovakiya çempionatında ilk qolunu 25-ci turda "Presov"a qarşı matçda vurmuşdu.

Qeyd edək ki, “Jilina”  ötən turdan çempionluğu rəsmiləşdirib.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right