Emin Rusiyaya qayıda bilər menecer açıqlaması

Aleksandr Manyakov meneceri olduğu millimizin və "Boavişta"nın futbolçusu Emin Mahmudov barədə  Rusiyanın “Sovetski Sport” nəşrinə müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir.
 
- İddia edilir ki, Emin mövsümün sonunda “Boavişta”nı tərk edəcək.

- Eminin "Boavişta" ilə hələ 1 il müqaviləsi var və heç kim onu qovmur. Ancaq reallıq budur ki, onun oyun praktikası azdır, buna görə də başqa kluba keçmək ehtimalı mümkündür. Hətta yenidən Rusiyaya da qayıda bilər. Görək, vəziyyət necə olacaq. Komandada Eminin mövqeyində çox təcrübəli oyunçular çıxış edir. Biri kapitan, digəri vitse-kapitan. Mahmudov əlinə düşən şanslardan istifadə edib. Qol da vurub, ötürmə də verib, ancaq hər bir halda o, ehtiyat oyunçu hesab olunur. Məşqçinin qərarı belədir, bu barədə şərh vermək istəmirəm.
 
- Emin Avropada qalmaq istəyir?

- Onun üçün prinsipial məsələ daimi oyun praktikasıdır. İlk olaraq əlbəttə ki, o, Portuqaliyadan gələcək təklifləri dəyərləndirəcək. Artıq ailəsi də onunla birlikdədir və ölkəni çox sevirlər. Həyat şərtləri orda yetərincə yaxşıdır. Əla çempionatdır. Biz ya onun transfer hüququnu “Boavişta”dan alacaq, ya da icarəyə götürəcək variantlar axtarırıq. Əgər Portuqaliya alınmasa, Rusiyadan gələn təkliflərə baxacağıq.
 
- Eminin mövsümün sonuna qədər yenə forma şansı qazana biləcəkmi?

- Son oyunda o, start heyətində başladı. Meydanda olduğu müddətdə yaxşı oynadı. Əminəm ki, mövsümün son 5 oyununda o yenə şans qazanacaq. Əsas məsələ şanslardan istifadə etmək və sakitcə yeni mövsümə hazırlaşmaqdır. (Qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right