Messi: "Yalnız bir dəfə rəqibdən forma istəmişəm"

"Barselona"nın ulduz futbolçusu Lionel Messi açıqlama verib.

Newsport.az-ın məlumatına görə, argentinalı ulduz karyerası ərzində yalnız 1 dəfə rəqib futbolçudan formasını istədiyini bildirib: 

“Digər futbolçularla forma dəyişən oyunçulardan deyiləm. Yalnız 1 dəfə rəqib oyunçudan forma istəmişəm. Həmin futbolçu isə Zinəddin Zidan olub. Digər hallarda isə meydanda olan argentinalılarla formamı dəyişirəm. Quti Hernandes 2 dəfə məndən forma dəyişməyi istəyib. Həm “Nou Kamp”da, həm də “Santyaqo Bernabeu”dakı görüşdən sonra formaları dəyişmişdik. Quti hər zaman mənim barədə müsbət fikirlər söyləyib”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right