Cerrard baş məşqçiliyə başladı

İngiltərə millisinin sabiq üzvü Stiven Cerrard məşqçiliyə başlayıb.

Newsport.az-ın məlumatına görə, o, sabiq klubu “Liverpul”da çalışacaq. Veteran yarımmüdafiəçi “qırmızılar”ın 18 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin olunub. Cerrard klubun rəsmi saytına verdiyi açıqlamada fikirlərini belə izah edib:

“Karyeramı bitirdikdən sonra “Liverpul”un akademiyasında işləməyə başladım və çox böyük təcrübə qazandım. Uzun müddət şərəfini qoruduğum klubun bir parçası olmaq qürur vericidir. Ümid edirəm ki, “Liverpul”a layiq olan futbolçular yetişdirə biləcəyəm”.

Qeyd edək ki, Cerrard 1998/2015-ci illərdə “Liverpul”un uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right