"Beşiktaş" Şenol Günəşlə yeni müqavilə imzalayır

Şenol Günəş növbəti mövsüm də "Beşiktaş"ı çalışdıracaq.

Newsport.az-ın məlumatına görə, mövsümün sonunda müqaviləsi başa çatacaq 64 yaşlı mütəxəsis klubun vitse-prezidenti Ahmet Nur Çebi ilə görüşüb və daha bir il komandanı çalışdırmağa razılıq verib. Görüşün ardından jurnalistlərin suallarını cavablandıran vitse-prezident, Ş.Günəşin komandada qalacağını əminliklə bildirib.

Qeyd edək ki, təcrübəli mütəxəssis 2015-ci ildən İstanbul klubunu çalışdırır. "Qara qartallar" onun rəhbərliyi altında 2015/2016-cı il mövsümündə Super Liqanın qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right