Dieqo Simeone qərarını verdi

İtaliya "İnter"inin baş məşqçi postuna gətirmək istədiyi Dieqo Simeone qərarını verib.

Newsport.az-ın məlumatına görə, argentinalı mütəxəssis "İnter"in təklifini qəbul etməyib. "İnter"in idman direktoru Piero Ausilyo ilə görüşən çalışdırıcı yeni mövsümdə də "Atletiko"nun "sükanı arxası"nda olacağını söyləyib.

Qeyd edək ki, İtaliya mətbuatı "İnter"in Antonio Konte və Dieqo Simeoneyə 5 illik müqavilə və illik 11 milyon avroluq təklif etdiyini yazıb. Hər iki mütəxəssisə isə qərar vermək üçün 20 gün vaxt verildiyi qeyd edilmişdi.

Əlavə edək ki, 46 yaşlı Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right