Türkiyə həvəskarlar liqasında 9 azərbaycanlı futbolçu

Türkiyədə Bölgesel Həvəskar Liqası adlanan çempionatda Azərbaycandan 9 futbolçu çıxış edir.

Newsport.az-ın məlumatına görə, bu göstərici ilə Azərbaycan əcnəbi futbolçu sayına görə liqada ikincidir. İlk pillədə 20 oyunçu ilə Nigeriya, üçüncü yerdə Kamerun 8 futbolçu ilə qərarlaşıb. Liqadakı 156 komandada 32 ölkədən ümumilikdə 108 oyunçu çıxış edir.

Onların arasında ən yaşlısı isə “Bakı”nın sabiq futbolçusu və “Gebze”də çıxış edən 36 yaşlı braziliyalı hücumçu Jabadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right