DÇ-də videotəkrardan istifadə olunacaq

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında videotəkrardan istifadə olunacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə FİFA-nın prezidenti Canni İnfantino məlumat verib. O bildirib ki, bu yenilik haqda ancaq müsbət rəylər alıblar.

Qeyd edək ki, videotəkrardan rəsmi olaraq ilk dəfə klublarlararası dünya çempionatının yarımfinalında keçirilən “Atletiko Nasional” – “Kaşima” oyununda istifadə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right