Qvardioladan Dele Alli açıqlaması: "Poçettino sakit olsun"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Tottenhem"in futbolçusu Dele Alli ilə maraqlandıqlarının həqiqəti əks etdirmədiyini bildirib.

Newsport.azn məlumatına görə, ispan çalışdırıcı ingilis yarımmüdafiəçinin yaxşı futbolçu olduğunu, lakin planlarına daxil olmadığını bildirib. 46 yaşlı çalışdırıcı yayda Dele Allini transfer etməyəcəklərini və "Tottenhem"in baş məşqçisi Maurisiyo Poçettinonun arxayın olmasını istəyib.

"Sky Sports"a danışan Qvardiola "Poçettino sakit olsun. Növbəti mövsüm də Dele Alli yeni onun futbolçusu olacaq. Bundan olduqca əminəm. Onu istəmirik" deyə fikir bildirib.

O, daha sonra "Alli möhtəşəm futbolçudu. Çox əzmkar oyunçudu. Həyatımda gördüyüm ən istedadlı futbolçulardan biridi. Amma "Mançester Siti" Dele Allini istəmir" deyərək fikirlərini yekunlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right