"Mançester Yunayted" derbiyə itkilərlə çıxacaq

İngiltərə Premyer Liqasının hesabat turunda əzəli rəqib "Mançester Siti" ilə qarşılaşacaq "Mançester Yunayted"in heyətində ciddi itkilər var. 

Newsport.azn məlumatına görə, Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Anderlext"lə qarşılaşmada ciddi zədə alan və uzun müddət yaşıl meydanlardan kənarda qalacağı açıqlanan Zlatan İbrahimoviçlə yanaşı, komandanın digər aparıcı siması Pol Poqba da derbidə iştirak etməyəcək. Bu barədə açıqlama verən komandanın baş məşqçisi Joze Mourinyo fransalı futbolçunun zədəsi olduğunu deyib. Mütəxəssis Ander Herrera və Luis Antonio Valensiyanın artıq komanda ilə məşqlərə başladığını sözlərinə əlavə edib. 

Portuqaliyalı çalışdırıcı İbrahimoviçin zədəsindən də danışıb: "Mən inanıram ki, Zlatan zədəyə təslim olmayacaq. O, güclü insandır və sona qədər döyüşəcək".  

 

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" oyunu sabah baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right