İngiltərədə futbol qalmaqalı: Klubun icraçı direktoru həbs olundu

İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem” və bir neçə gün öncə Premyer Liqaya vəsiqə əldə edən “Nyukasl”ın stadionlarına polis basqın edib.

Newsport.azn məlumatına görə, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə polisin “Nyukasl”ın baş direktoru Li Çarlini həbs etdiyi qeyd olunub.

Basqının səbəbinin maliyyə məsələləriylə bağlı olduğu deyilir. Böyük Britaniya vergi idarəsi zabitlərinin İngiltərə və Fransada apardıqları axtarışlar zamanı müxtəlif sənədlər, maliyyə hesabatları, kompüter və telefonlar müsadirə olunmaqla yanaşı, L.Çarnli vergi və gömrük ödənişlərindən yayınması ilə bağlı dindirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right