"Bursaspor" Prosineçki ilə bağlı bəyanat yaydı

"Bursaspor" Robert Prosineçki və bir neçə məşqçinin klubun baş məşqçi postuna gətiriləcəyi barədə yayılan məlumatları təkzib edib.
Newsport.az xəbər verir ki, klubun saytı vasitəsilə yaydığı bəyanatda bunları qeyd edib:

"Bu gün bəzi media orqanlarında bir neçə məşqçinin adına yer verilərək, klubun onlarla danışıqlar apardığını yazıb. Sözügedən iddialar qəti şəkildə gerçək deyil və rəhbərlik, istər birbaşa, istərsə də dolayı yolla heç bir baş məşqçi ilə görüşməyib".

Qeyd edək ki, Türkiyə KİV-ləri Prosineçkinin növbəti mövsümdən etibarən "Bursaspor"u çalışdıracağı barədə məlumat yaymışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right