Portuqaliyada oyun alqı-satqısı qalmaqalı

Portuqaliyada oyun alqı-satqısı üsyanı ortaya çıxıb.
 
Newsport.az xəbər verir ki, Portuqaliyanın 2-ci liqasında baş tutan "Freamunde" - "Penafil" matçından sonra hakimlər meydanı polis nəzarəti altında tərk etməli olub. Çempionatda qalmaq üçün savaşan "Freamunde" rəqibini doğma meydanda qəbul edirdi. 1:2 hesabı ilə məğlub olan meydan sahiblərinin 3 qolunun sayılmaması, üstəlik bu azmış kimi futbolçulardan birinin qırmızı vərəqə ilə meydandan ayrılması rəhbərliyi hərəkətə keçirib. 
 
"Freamunde" rəhbərliyi final fitinin ardından oyun alqı-satqısı iddiası ilə şikayət edib. 
 
Matçın baş hakimləri Helder Malheyro, Rui Cidade, Joao Yakob və Migel Liborio böyük təzyiqlər səbəbindən stadionu polisin köməyi ilə tərk etmək məcburiyyətində qalıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right