Ufuk Budak oynadı, komandası qalib gəldi

Millimizin sabiq üzvü Ufuk Budakın çıxış etdiyi "Manisaspor" Türkiyə PTT 1-ci Liqasının 29-cu turunda "Dənizlispor"u qəbul edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmada meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb. Oyunda Ufuk Budak 90 dəqiqə meydanda olub. Müdafiəçi 42-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu qələbədən sonra "Manisaspor" xallarının sayını 33-ə yüksəldərək, 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right