Nazarov Alman mediasında

“Hannover”lə görüşdə vacib xal qazandıq”. 

 Newsport.az-ın məlumatına görəbu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.

Alman mediasına açıqlama verən Dima hazırkı vəziyyətlə bağlı danışıb. O, “Hannover”lə matçdakı nəticəyə toxunaraq, azarkeşlərin stadionda möhtəşəm atmosfer yaratdıqlarını vurğulayıb: “Nəfəskəsici anlar idi. Belə hisslər yaşamamışdım. Məndə elə fikir yarandı ki, azarkeşlər sevincdən stadionu dağıdacaqlar. Növbəti ev oyununda da iştirak etmək və eyni hissləri yaşamaq istərdim. Çox xoşuma gəldi”.

 

Nazarov söhbət əsnasında komanda yoldaşı Paskal Köpkeni dəstəkləyib. O, 21 yaşlı hücumçunun “Aue” üçün vacib futbolçu olduğunu qeyd edib: “Ona hər zaman yaxşı formada qalmalı olduğunu deyirəm. Köpke bizim üçün çox önəmli oyunçudu”.

27 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu “Aue” klubu II Bundesliqanın XXX turunda  “Hannover”lə 2:2 hesablı heç-heçə edib. Nazarov oyunun 90+4-cü dəqiqəsində fərqlənərək, liqada qalmaq uğrunda mübarizə aparan komandasına vacib 1 xal qazandırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right