"Bizim üçün final oyunudu" Luis Enrike

İspaniya La Liqasının 33-cü turunda "Barselona" əzəli rəqibi "Real"ın qonağı olacaq.
 
Newsport.az xəbər verir ki, Kataloniya klubunun çalışdırıcısı Luis Enrike “El Klasiko”dakı qələbənin çempionluğun taleyinə aydınlıq gətirməyəcəyini deyib: 

 

“Bu oyun artıq dəqiqləşdirəcək. Ya çempionluq uğrunda mübarizəni davam etdirəcəyik, ya da kənarda qalacağıq. Bizim üçün final oyunudu. Buna heç bir şübhə yoxdu. Bu oyundan sonra digər matçların necə nəticələnəcəyini gözləyəcəyik. Hər necə olsa, şansımız davam edəcək”. 

 

Qeyd edək ki, “Real” - “Barselona” oyunu bu gün saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right