"Çelsi" "Tottenhem"i məğlub edərək finala yüksəldi

İngiltərə kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, bu mərhələnin birinci matçında "Çelsi"  "Tottenhem"lə qarşılaşıb. Görüş Antonio Kontenin komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə "Çelsi" finala yüksəlib. London klubu həlledici matçda "Arsenal" - "Mançester Siti" cütünün qalibi ilə qarşılaşacaq.

"Çelsi - "Tottenhem" - 4:2

Qollar: Villian, 5, 43-pen, Eden Azar, 75, Nemanya Matiç, 80 - Harri Keyn, 18, Dele Alli, 52

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right