Eddi İsrafilov heç-heçəni kənardan izlədi

Futbol üzrə İspaniya ikinci liqasında 35-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" doğma meydanda "Levante" ilə qarşılaşıb. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.

Eddi bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Kadis" 35 turdan sonra 53 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right