Futbolçular jurnalistləri döydülər

Türkiyə Superliqasının XXVIII turunda baş tutan "Rizəspor" - "Başakşəhər" (3:3) matçından sonra qalmaqal yaşanıb.

Newsport.az xəbər verir ki, oyun başa çatdıqdan sonra qonaq komandanın kapitanı Əmrə Bəlözoğlu və bir neçə digər oyunçusu "A Spor" telekanalının jurnalistlərinə hücum edib və onları vurmağa başlayıblar. Hadisəyə telekanal işçilərinin futbolçularla azarkeşklər arasında baş verən qalmaqalı videolentə alması səbəb olub.

Kanalın işçisi Salman Kutlu həmin oyunçulardan şikayətçi olacağını deyib. O, bildirib ki, Yalçın Ayhan, ehtiyat qapıçı Ufuk Ceylan və tərcüməçi onun üzünə vurublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right