"Tottenhem"in baş məşqçisi vəfat edib

İngiltərə yığmasının keçmiş futbolçusu, “Tottenhem”in U-23 komandasının baş məşqçisi Uqo Ehioqu dünyasını dəyişib. 

Newsport.az saytının məlumatına görəüdafiəçinin ölümünə səbəb ürəktutması olub. Belə ki, Ehioqu “Tottenhem”in bazasında olarkən, anidən özündən gedib. Dərhal xəstəxanaya aparılan Uqonun infarkt keçirdiyi məlum olub.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Vest Bromviç”, “Aston Villa”, “Midlsbro”, “Lids Yunayted”, “Reyncers” və “Şeffild Yunayted” klublarının formasını geyinmiş Ehioqu İngiltərə yığmasında 4 oyunda 1 qola imza atıb. O, 2014-cü ildən “Tottenhem”də çalışırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right