Beyl "El Klasiko"da oynayacaq?

"Real"ın Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Bavariya” ilə ilk matçda zədələnən futbolçusu Qaret Beyl məşqlərə başlayıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uelsli futbolçu bu gündən kollektivlə birlikdə hazırlıqda iştirak edir. Onun “Barselona” ilə çempionat görüşünə hazır olub-olmayacağı hələ ki, məlum deyil. "Kral klubu"nun məşqçilər korpusu həmin vaxta qədər 27 yaşlı oyunçunun fiziki hazırlığını yüksəltməyə çalışır.

“Real” və “Barselona” arasında baş tutacaq "El Klasiko" aprelin 23-də, saat 22:45-də “Santyaqo Bernabeu”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right