"Qəbələ" "Partizan"a məğlub olub

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə start verilib.

Newsport.az xəbər verir ki, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda öncə “Apollon” (Yunanıstan) klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə nəticələnib.

“Qəbələ” II turda “Partizan”la görüşüb. Matç Serbiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Qeyd edək ki, təmsilçimiz sabah keçiriləcək III turda “Panatinaikos”la (Yunanıstan) görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right