UEFA reytinq siyahısını açıqlayıb

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunlarının yekunlaşmasından sonra yeni reytinq siyahısı açıqlayıb. 

Newsport.az-ın verdiyi məlumata görə, 3 ölkə aktivindəki xalların sayını artıra bilib.  “Monako”nun “Borussiya”nı 3:1 hesabı ilə məğlub etməsindən sonra Fransa aktivinə 0,500 xal əlavə edib. Bununla da siyahıda 5-ci olan Fransa mövqeyini möhkəmləndirib.

Siyahıda lider olan İspaniya “Barselona”nın “Yuventus”la ev heç-heçəsindən sonra 0,143 xal əldə edib. İtaliyalılar isə qazanılan 0,333 xalla 3-cü yerlə fərqi bir qədər azaldıb.

Qeyd edək ki, Azərbaycan 17,750 xalla reytinq cədvəlində 26-cı yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right