"Beşiktaş" azarkeşi Fransada həbs olundu

Fransa məhkəməsi Avropa Liqasının 1/4 final mərhələsinin “Lion”la ilk oyunu ərəfəsində stadion əməkdaşını döyən “Beşiktaş” azarkeşi barəsində hökm çıxarıb.

Newsport.az-ın məlumatına görə, Almaniyada doğulan 27 yaşlı türk fanat 2 ay müddətinə azadlıqdan məhrum edilib. Üstəlik, həmin şəxsin Fransaya girişinə 2 il müddətinə qadağa qoyulub.

Qeyd edək ki, aprelin 13-də keçirilən “Lion” – “Beşiktaş” (2 - 1) matçından öncə baş verən iğtişaşlara görə ümumilkdə 12 nəfər həbs olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right