Serxio Ramos: "Pike PSJ ilə oyunun təkrarına baxsın"

"Real"ıın müdafiəçisi Serxio Ramos "Bavariya" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, o, açıqlamasında bunları deyib:

"Final haqqında danışmaq tezdir. Sözsüz ki, kuboku qazanmaq istəyirik. Sevindirici haldır ki, əsas rəqiblərdən biri olan "Bavariya"nı mübarizədən kənarlaşdırdıq.

100 oyun həddinə çatmışam. Bu, gözəl hissdir. Ümid edirəm ki, uzun müddət "Real"ın şərəfini qoruya biləcəyəm".

Təcrübəli müdafiəçi "Barselona"nın futbolçusu Pikenin paylaşımına münasibət bildirib:

"Pikenin bu gecəki hakimliyə münasibəti? Qoy o, PSJ ilə oyunun təkrarına baxsın. Hələ gözləyək, görək bu gün "Yuventus"la oyunu necə olacaq".

Qeyd edək ki, iki oyunun nəticəsinə görə 6:3 hesabı ilə qalib gələn "Real" Çempionlar Liqasının yarımfinalına yüksəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right