Joze Mourinyonun hədəfi: 2 bombardir

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo yayda komandaya yeni hücumçular cəlb etmək istəyir.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin əsas hədəfi "Atletiko"dan Antuan Qrizmann və "Everton"dan Romelu Lukakonu heyətə cəlb etməkdi.

Yayda komandanın əsas qol silahı Zlatan İbrahimoviçin və Ueyn Runi komandanı tərk edəcəyi gözlənildiyi üçün Mourinyo indidən hərəkətə keçmək niyyətindədir.

Qeyd edək ki, fransa millisinin üzvü Qrizmann cari mövsüm "Atletiko"nun heyətində çıxdığı 44 oyunda 24 qol vurub. Lukako isə "Everton"un heyətində cari mövsüm keçirdiyi 34 oyunda 25 dəfə fərlənib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right