Luis Enrike: "PSJ ilə oyunda etdiyimizi təkrarlaya bilərik"

"Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinin "Yuventus"la cavab matçıöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis "Yuventus"u  keçmək üçün qüsursuz oynamağa ehtiya olduqlarını söyləyib:

“Qüsursuz oyuna ehtiyacımız yoxdu. Sadəcə daha fəal olmalı, qol fürsətləri əldə etməliyik. “Nou Kamp”da bunu edə bilərik. Aqressiv olmalı, topsuz da yaxşı oynamalı, azarkeşlərə matçın ilk dəqiqələrindən etibarən ayağa qalxmaları üçün bir səbəb verməliyik. Bunu bacarsaq, 3 həftə əvvəl PSJ ilə oyunda etdiyimizi təkrarlaya bilərik. İlk qolu vursaq, 2-ci qolu “Nou Kamp” vuracaq, sonra isə 3-cü qol da gələcək”.

Qeyd edək ki, sözügedən matç sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək.

İlk oyun "Yuventus"un 3:0 hesablı qələbəsiylə başa çatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right