Milan klubları transferlərə 280 milyon avro ayıracaq

"Milan" və "İnter"in çinli sahibləri komandalara yeni mövsüm üçün ciddi investisiya ayırmağı planlaşdırır.

Newsport.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 2017/2018-ci il mövsümündə A seriyasından Çempionlar Liqasında 4 komandanın iştirakı dəqiqləşərsə, sözügedən klubların rəhbərləri transferlər üçün ciddi məbləğdə pul ayıracaqlar. "Milan"ın yeni rəhbərliyi komandaya 130, "İnter"in rəhbərliyi isə 150 milyon avro ayırmağı planlaşdırır. 

"Milan" rəhbərliyi yeni mövsüm üçün Alvaro Morata, Kərim Benzema, Mateo Kovaçiç (hamısı "Real"), Pyer-Emerik Obameyanq ("Borussiya), Aleksandr Lakazett ("Lion"), Mateo Mussako ("Vilyareal") və Daniel de Rossini ("Roma") heyətinə qatmağı planlaşdırır. 

"İnter"in siyahısında "Milan"a nisbətən daha az futbolçu var. Komanda Fabinyo ("Monako"), Andrea Petano ("Atalanta"), Kostas Manolas ("Roma"), Markinyos (PSJ) və Stefan de Vrey ("Latsio") kimi futbolçuları transfer etmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right