Rednapp bu dəfə aşağı liqada

İngiltərəli çalışdırıcı Harri Rednapp özünə yeni iş tapıb.

Newsport.az xəbər verir ki, 70 yaşlı mütəxəssis bundan sonra İngiltərə Çempionşip təmsilçisi “Birmingem”i çalışdıracaq. Bu barədə məlumatı klubun saytı yayıb. Rednapp “Birmingem”in baş məşqçi postunda dünən klubla yollarını ayıran Canfranko Zolanı əvəz edib.

Qeyd edək ki, Rednapp sonuncu dəfə İordaniya millisini çalışdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right