Vüqar Əsgərov yeni mövsümə qolla başladı

Futbol üzrə Latviya birinci liqasında yeni mövsümə start verilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne" də ilk oyunda doğma meydanda "JDFS Alberts"i qəbul edib. Futbolçumuzun komandası qarşılaşmadan 3 - 0 hesablı qələbə ilə ayrılıb.

Matça start heyətdə başlayan və sonadək meydanda olan Vüqar komandasının qələbəsində xüsusi pay sahibi olub. Belə ki, ötən mövsüm bu birinciliyin bombardiri olan futbolçumuz 75-ci dəqiqədə matçda son nöqtəni qoyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right