Beyl "Bavariya"ya qarşı oynamayacaq

Madridin "Real" klubunun futrbolçusu Qaret Beylin durumunə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, uelsli futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya qarşı keçiriləcək cavab qarşılaşmasını buraxacaq.

Münhen təmsilçisi ilə səfər görüşündə (2 - 1) zədələnən və La Liqanın son turunda “Sportinq Xixon”la (3 - 2) oyunu buraxan 28 yaşlı oyunçu “kral klubu”nun son məşqində iştirak etməyib. Əzələsində şiş olduğu aşkarlanan futbolçuya həkimlər sabahkı matçda meydana çıxmağa icazə verməyiblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right