Məsut Özil fantastik təklifi rədd etdi

"Arsenal"ın futbolçusu Məsut Özil Çindən fantastik təklif aldığını və bundan imtina etdiyini bildirib.

Newsport.az-ın məlumatına görə, Almaniya millisinin üzvünə bu ölkədən inanılmaz təklif gəlib. Belə ki, çinlilər türk əsilli yarımmüdafiəçiyə 5 ilinə 115 milyon avro təklif edib. "Daily Mail"ə açıqlama verən 29 yaşlı futbolçu Çində oynamaq istəmədiyini qeyd edib:

"Çinlilər mənə 5 ilimə 115 milyon avro verməyə hazır idilər. Bu qədər pul mənim xəyal gücümün sərhədlərindən uzaqdı. Təklifi rədd etməyim 3 dəqiqədən də az çəkdi. Menecerim zəng edərək təklifin miqdarını söylədi. Karyeramı bitirmək ərəfəsində deyiləm. Hələ "Arsenal"la kuboklar qazanmaq istədiyimi dedim. Nə qədər pul versələr də Çində oynamayacam. Mümkün deyil".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right