Toni Adamsdan uğursuz start

"Qəbələ"nin sabiq çalışdırıcısı Toni Adamsın baş məşqçisi olduğu "Qranada" İspaniya La Liqasında növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda 32-ci turda doğma meydanda "Selta" ilə qarşılaşıb. Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qranada" - "Selta" - 0:3
Qollar
: Xosabed Sançes, 23, Dias, 73, Bovyu, 73

Bununla da T.Adamsın "Qranada" ilə ilk matçı uğursuz alınıb.

Qeyd edək ki, "Qranada" 32 turdan sonra 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right