Məşhurlardan maraqlı sitatlar

Futbol bir növ şou-biznesə bənzəyir. Tanınmış futbolçular, məşqçilər və digər futbol adamlarının həyatı həmişə maraqla qarşılanıb, bu gün də azarkeşlər tərəfindən diqqətlə təqib edilir. Ulduzların nə qədər qazanması, nə geyinməsi, hansı marka avtomobil alması, harada dincəlməsi, kiminlə eşq macərası yaşaması... Bu haqda mətbuatda gedən xəbərlər zaman-zaman gündəmi zəbt edir. Futbol ulduzlarının verdikləri maraqlı açıqlamalar da həmçinin. Tanınmışların vaxtilə mətbuata bildirdiyi maraqlı fikirləri toplayıb təqdim edirik.

- Yohan Kroyf: “Futbol sadə oyundur. Ən çətini futbolu sadə oynamaqdır".

- Mişel Platini: “Böyük klublar aldığı kuboklarla, kiçik klublar isə böyükləri məğlub etməklə fəxr edərlər".

- Şenol Günəş: “Əvvəllər kasıblar futbol oynayır, varlılar isə izləyirdilər. İndi isə varlılar oynayır, kasıblarsa baxırlar".

- Lionel Messi: “Ronaldonun ya mənim ən güclü olduğumu soruşsalar, Ronaldinyonun həyatda olduğunu söyləyib söhbəti bağlayaram".

- Kriştiano Ronaldo: “Messi ağıllı, İbrahimoviç güclü, Bekhem isə yaraşıqlıdır deyə sevilirlər. Mən isə bunların hamısına sahib olduğum üçün sevilmirəm".

- Mario Balotelli: “Barselona"da oynamaq istəyərəm? Xeyr, qızlarla futbol oynamaq fikrində deyiləm".

- Qonzalo İquain: “Artıq çəkimin olması ilə bağlı gəzən söz-söhbətlər mənasızdır. Siz mənə gombul deyin, mən də qollarımı sıralamağa davam edəcəm".

- Kərim Benzema: “Arsenal"ın formasını geyinincə, həbsxanaya düşməyi üstün tutaram".

- Slaven Biliç: “Qadınlara hörmətlə yanaşıram. Amma futbol onlardan da gözəldir".

- Aatif Chahechouhe: “Soyadımı düzgün yazmaq üçün çox çalışmışam. Hələ də hansı mənanı daşıdığını bilmirəm".

- Çiçarito: “Bəli, xristian ola bilərəm. Amma həyatda örnək aldığım tək insan Həzrəti Məhəmməddir (ə.s.)".

- Tolqa Zəngin: “Olimpiya stadionunda yeganə gözəl şey oranın Atatürkün adını daşımasıdır".

- Filip Lam: “Məni mövsüm ərzində tez-tez oyuna çıxmaq yox, kubok qaldırmaq yordu".

- Samuel Eto'O: “Çox məşqçilərlə işlədim. Amma Mourinyodan bir dənədir".

- Mario Balotelli: “İtaliya yığmasında oynamaqdan gözəl bir şey varsa, o da Pirlo ilə eyni komandada yer almaqdır".

- Manuel Fernandes: “Portuqalların və ispanların ötürmə ilə, türklərin isə ürəkləri ilə oynadığı oyunun adı futboldur".

- Yurgen Klop: “Marko Roysun Messi və Ronaldo səviyyəsində oyunçu olduğunu deyəndə mənə gülürdülər. İndi isə hörmət edirlər".

- Marko Roys: “Play Station” oynayarkən heç vaxt “Borussiya"nı seçmirdim. Çünki komanda yoldaşlarımdan kimsəni ehtiyatda saxlamaq istəmirdim".

- Luiş Fiqu: “Yaxşı hücumçu lazımdır? Axtarmayın. Bütün yaxşı forvadlar “Atletiko"dadır".

- Pep Qvardiola: “Ən böyük məqsədim Messini dünyanın ən yaxşı futbolçu etmək idi. Amma o məni dünyanın ən yaxşı məşqçisi etdi".

- Neymar: “Uşaq ikən Devid Bekhemin heyranı idim. İndi böyümüşəm və görürəm ki, heç nə dəyişməyib".

- Devid Bekhem: “Futbolu buraxmağı ilk dəfə nə vaxt düşünmüsən? Messinin topu sağımdan atıb solumdan sürətlə keçdiyi an".

- Arsen Venger: “Teo Uolkott o qədər sürətlidir ki, bəzən məşqlərdə unudub topu keçdiyi vaxtlar olur".

- Zlatan İbrahimoviç: “Ronaldo şanslı birisidir. Hər dəfə Messinin “Qızıl top" almağını biletsiz izləyir".

- Mussa Sou: “Futboldan imtina edərəm, amma orucumu pozmaram. Pul bu dünyada keçərlidir. Bir müsəlman olaraq axirətim daha önəmlidir".

- Roberto Mançini: “Kriştiano Ronaldonu saxlamaq üçün polis çağırmaq lazımdır".

- Viktor Vanyama: “Barselona"ya qol vurmaq başqa bir hissdir. Hətta seksdən belə yaxşıdır".

- Joze Mourinyo: “Komandam yorğun idi? Gündə 15 saat işləyib ay ərzində evə bir neçə yüz avro gətirən ata yorğun olur, biz yox".

- Haim Revivo: “Türk qəzetlərində doğru olan tək şey tarixdir".

- Pavel Nedved: “Bir komanda aşağı liqaya düşərsə, oradan futbolçular gedər, adamlar qalar".

- Sergen Yalçın: “18 yaşına çatmamış mərc atan gənclərə nə deyərdim? Bundesliqaya atmasınlar, orada sensasiya çox olur".

- Luis Felipe Skolari: “Əgər bir kuboku qazanmaq istəyirsinizsə, Pelenin dediklərinin əksini edin".

- Yohan Kroyf: “Top bizdə olarkən rəqib qol vura bilməz".

- Antonio Kassano: “İnter"də ən yaxın dostum Naqatomodur. Çünki danışanda bir-birimizi başa düşmürük".

- Xuan Laporta: “Ronaldonun Messidən üstün ola biləcəyi tək yer kompüter oyunlarıdır".

- Arda Turan: “Falkao cərimə meydançasında milçək görsə belə onu tutub qapıya ata bilər".

- Xavi: “Gündəlik həyatda belə sağa-sola baxaraq boş yer axtarıram".

- Zinəddin Zidan: “Oğlumla baxçada futbol oynayanda sevdiyimiz futbolçular olurduq. O, məni seçirdi, mənsə Ronaldonu".

- Joze Mourinyo: “30 yaşında Ronaldoya məşq keçmişəm. Krişianoya deyil, həqiqi Ronaldoya".

- Kriştiano Ronaldo: “Mourinyo haqqımda pis fikirlər səsləndirə bilər. Ona sadəcə bir şey demək istəyirəm, heç vaxt yemək yediyim qaba tüpürməmişəm".

- Aleks Ferqyusson: “Futbol statistikası mini yubkaya bənzəyir. Çox yerlər görünür, amma “əsas məsələ" gizli qalır".

- Stiven Cerard: “Zərbənizlə təkcə qapıçını keçməyi yox, həm də onu məhv etməyi düşünün".

- Frank Raykaard: “Türk futbolunda hər şeydən bir az var. Tam olaraq isə heç nə yoxdu".

- Şota Arveladze: “Vurduğum ən gözəl qol hansılardır? Oğlum və qızım".

- Erik Kantona: “Mən hansısa komandaya qarşı deyil, məğlub olmamaq üçün oynamışam".

- Françesko Totti: “Bir gecədə 6 qızla görüşdüm və onların hamısını bir-biri ilə aldatdım. Amma “Roma"nı əsla aldatmadım".

- Corc Best: “1969-cu ildə içkiyi və qadınları buraxdım. Həyatımda keçirdiyim ən bərbad 20 dəqiqə idi".

- Mario Balotelli: “Hakim formamı çıxardığım üçün yox, bədənimə qısqandığı üçün mənə sarı vərəqə göstərdi".

- Xristo Stoiçkov: “Məni saxlamaq üçün tapançaya ehtiyac var idi. Messini saxlamaq üçünsə pulemyota".

- Kriştiano Ronaldo: “Oyunlardan sonra hamıdan tər, Bekhemden isə parfümeriya qoxusu gəlirdi".

- Yoxan Kroyf: “Həkimlər siqareti atmasam, futbolu buraxmalı olacağımı demişdilər. Mən də futbolu buraxdım".

- Xavi: “Aşağı yaş qrupunda oynayarkən məşqçimiz Çarli Reksaç bizə tək ötürmə yox, yarım ötürmə ilə oynayın deyərdi".

- Xose Luis Oltra: “Messini necə saxlayacağımızı düşünərkən... Qvardioladan onu oynatmamasını xahiş edə bilərəm".

- Fatih Terim: “Bəzən cəsur oynayıb məğlub olmaq, qorxaq oynayıb qalib gəlməkdən yaxşıdır".

- Dieqo Maradona: “O mənim deyil, Tanrının əli idi".

- Arsen Venger: “Tərəfdarlarımızdan tək istəyim türk bayrağına hörmətlə yanaşmalarıdır. Çünki türklər bayraqlarına görə canlarından keçərlər".

- Ronald Atkinson: “Həyatımda heç vaxt hakimlərlə bağlı fikir bildirməmişəm. Ənənəni bu gün oyunumuzu idarə edən əclafa görə pozmayacam".

- Samuel Eto'O: “Sizə qol vuracağımı deyil, sabah meydanda “ağ" kimi yaşamaq istəyən “qara" insan kimi qaçacağıma söz verirəm".

- Georgi Hacı: “Komandası məğlub olanda heç vaxt ağlamayan futbolçu ulduz ola bilməz".

- Arda Turan: “Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusudur. Messi isə bu dünyadan deyil".

- Zlatan İbrahimoviç: “Messinin 5 “Qızıl top"u ola bilər. Amma mənim avtomatdan şokoladlı içki almaq üçün ayağımın altına nəsə qoymağıma ehtiyac yoxdur".

- Bobbi Robson: “Futbol silahlardan istifadə edilməyən bir savaşdır".

- Mario Balotelli: “İki aydır ki, qadın futbolunu izləyirəm. Hələ də qoldan sonra formasını çıxaran birini görmədim".

- Corc Best: “Əgər bir qədər çirkin olsaydım, nə Pelenin, nə də Maradonanın adı çəkilməzdi".

- Slaven Biliç: “Preymer Liqa eynilə Hollivud kimidir. İşləmək və oynamaq üçün ən yaxşı yerdir".

- Yoxan Kroyf: “İtalyanlar sizə qalib gələ bilməzlər. Amma siz onlara məğlub ola bilərsiniz".

- Hari Liniker: “Futbol 90 dəqiqə oynanılan və sonda almanların qalib gəldiyi oyundur".

- Joze Mourinyo: “Dünyanın ən yaxşı məşqçisi mən deyiləm. Amma məndən yaxşı məşqçi də yoxdur".

- Kriştiano Ronaldo: “Bədənimə döymə vurdurmadım. Çünki tez-tez qan verirəm".

- Rıdvan Dilmən: “İngiltərəyə 0:8 uduzduğumuz oyunda top 9 dəfə ayağıma dəymişdi. Onun da 8-i meydanın mərkəzində topu oyuna daxil edərkən".

- Françesko Totti: “Mənsiz “Roma" evdar qadını olmayan evə bənzəyər".

- Zlatan İbrahimoviç: “Premyer Liqaya doğru vaxtda gəldim. “Mançester Yunayted"i kim rədd edə bilər ki? Adı belə “cool".

- Yoxan Kroyf: “Ən gözəl qol boş qapıyan vurulan qoldur".

- Yurgen Klopp: “Mənə bəd xəbər veriblər - azərbaycanlı uşaqlar futbol oynamağı həqiqətən bacarırlar".

- Karlo Ancelotti: “Klub prezidentinin işi klubu, mənim işim isə klub prezidentini idarə etməkdir".

- Alan Şirer: “Uembli"də vaxtınızı xoş keçirmək istəyirsinizsə, almanları ora çağırmayın".

- Roberto Baco: “Mənə çox ayama qoşublar. Ən xoşuma gələni “Fantaziyaçı"dı".

- Dieqo Simeone: “Futbolçularımın analarına dünyaya əsil kişilər gətirdiklərinə görə minnətdaram!"

- Mario Balotelli: “Qulağımla qol vurmağı arzulayıram..."

- Devid Bekhem: “Futbolun sadə qanunu var. Hərəkət edəni vurmaq lazımdır. Əgər rəqib hərəkətdə deyilsə, onu hərəkətə başlayana kimi yenə də vurmaq lazımdır".

- Arsen Venger: “Biz ulduz düzəldirik, onları almırıq".

- Antonio Kassano: “Milan"dan yüksəkdə ancaq səmanın olduğunu demişəm? Düzdür. Amma “İnter" səmadan da yüksəkdədir".

- Zlatan İbrahimoviç: “Qvardiola əla məşqçi olsa da, qorxaqdır. İnsan kimi o, kişi deyil".

- Arriqo Sakki: “İtaliya futbolu qorxaqların oyunudur. 2 nəfərlə hücum edirlər, 10 nəfərlə müdafiə olunurlar. Gənc futbolçular isə ehtiyatda otururlar".

- Bob Peysli: “Əgər cərimə meydançasının daxilində topla nə etməli olduğunu bilmirsənsə, sadəcə, qol vur. Oyundan sonra nə etməli olduğunu aydınlaşdırarıq".

- Bill Şenkli: “Hakimlərin ən böyük problemi ondadır ki, onlar qaydaları bilirlər, lakin futboldan başları çıxmır".

- Valeri Lobanovski: “Oyun unudulur, tarixdə nəticə qalır".

- Cok Steyn: “Öz qapını qorumaq üçün ən münasib yer rəqibin cərimə meydançasıdır".

- Canluici Buffon: “Yuventus" mənim qanımdadır. Özümü heç vaxt başqa klubun formasında görməmişəm".

- Corc Best: “Mən öləndə heç kimin yadına kiminlə dalaşdığım, neçə dəfə qəza törətdiyim, qızlarla vaxt keçirməyim düşməyəcək. Bunlar hamısı vacib deyil. Məni sərgilədiyim oyunla xatırlayacaqlar".

- Devid Bekhem: “Məktəbdə komanda yığanda məni ən axırıncı seçirdilər. Çünki boyca hamıdan balaca idim".

- Xavi: “Sübut etdim ki, futbolda istedadlı olmaq fiziki göstəricilərdən vacibdir".

- Roberto Karlos: “Uşaq vaxtı bir dəfə məşqçim mənə yaxınlaşaraq demişdi ki, boyun balaca olduğu üçün səndən heç vaxt futbolçu çıxmayacaq".

- Manuel Noyer: “193 sm boyum var. Amma bir vaxtlar boyum çıxmadığına görə az qala “Şalke"nin akademiyasından qovulacaqdım".

- Andres İnyesta: “12 yaşım olanda atam 3 ay pul yığmışdı ki, mənə təzə buts alsın. İndi çoxlu pulum var və həmin butsu indiyə kimi saxlayıram ki, haradan çıxdığımı unutmayım".

- Pol Skoulz: “Aleks Ferqyussonu ilk dəfə görəndə yaman qorxmuşdum. Düzünə qalsa, ondan indi də qorxuram".

- Aleks Ferqyusson: “Filippo İnzagi ofsayda doğulub".

- Filippo İnzagi: “Çoxları arzulamaq, bir qisim insanlar isə arzu olmaq üçün doğulurlar".

- Oliver Kan: “İmicim xoşuma gəlir və onu dəyişmək fikrim yoxdur".

- Erik Kantona: “Raymon Domenik... XVI Lüdoviqin (1754-1793) vaxtından bu yana ən pis məşqçidir".

- Françesko Totti: “Penalti - ölüm qərarıdır. Həm də icraçının ölümü ilə nəticələnə biləcək bir qərardır".

- Joze Mourinyo: “Mənə atılan daşlardan heykəl düzəltmək olar".

- Robin van Persi: “Ailəm tribunadan oyunuma baxdığı zaman meydanda mümkün olmayanı da etməyə çalışıram".

- Zinəddin Zidan: “Qələbədən heç vaxt doymaq olmaz. Ardıcıl 10 oyunda qalib gəlsəniz, 11-ci də də zəfər çalmaq istəyəcəksiniz".

- Zlatan İbrahimoviç: “Ferrari"ni “Finat" kimi sürəcəksinizsə, onu almağa dəyməz".

- Yohan Kroyf: “Top sizdə olanda meydanı bacardıqca böyütmək, rəqibdə olanda isə kiçiltmək lazımdır".

- Ole Qunnar Solskyayer: “Çempionlar Liqasının finalında həlledici qolu vurduqdan sonra sevincimi dizi üstə sürüşərək qeyd etdim və diz bağlarımı zədələdim. Beləcə, yarım mövsüm futboldan kənar qaldım. Qələbənin dəyəri buna deyilir?"

- Karlo Ancelotti: “Kakanı ilk dəfə görəndə düşündüm ki, o, evdən çıxdığı barədə valideynlərini xəbərdar edib?"

- Lev Yaşin: “Siqaret çəkməklə əsəbləri sakitləşdirmək, tünd içki içməklə isə əzələri qaydasına salmaq mümkündür".

- Lui van Qaal: “Qorxaraq qaçmaq heyvanlara məxsus hissdir. Futbol oynamaq üçün top və beynin olması bəs edir".

- Luis Araqones: “Yığma mənə tapşırılanda öncə özümdən sonra komanda qoymağı düşündüm".

- Pep Qvardiola: “Rik etməkdən qorxulu heç nə yoxdur".

- Zlatan İbrahimoviç: “Mario Balotelli məndən yaxşı futbolçu olduğunu deyəndə zarafat etdiyini düşündüm. O, deyəsən ciddi idi".

- Yurgen Klopp: “Borussiya" supermarket deyil".

- Lionel Messi: “Futbolu pulsuz da oynamağa hazıram".

- Ueyn Runi: “Əsas səhv deyil, ondan sonra baş verənlərdir".

- Roy Kin: “Futbolda qorxmamaq xoşbəxtlik deməkdir".

- Marçello Lippi: “Əlinin altında ən yaxşı futbolçular varsa, bu, yaxşı komandanın olması demək deyil".

- Mirça Luçesku: “Luçesku xoşbəxt məşqçidir! Elə beləcə də yazın".

- Dieqo Maradona: “Allah məndən həmişə yaxşı futbol oynamağımı tələb edib. Əgər bunu etməsəydim, Allaha qarşı haqsızlıq etmiş olardım".

- Pele: “Əgər Maradona özünü bütün vaxtların ən yaxşı futbolçusu hesab edirsə, bu, onun problemidir".

- Pol Skoulz: “Tərifi deyil, tənqidləri və onlara cavab verməyi xoşlayıram".

- Roy Kin: “Çoxları axın istiqamətində üzməyi məsləhət görür. Axın istiqamətində bilirsiniz kimlər üzür? Ölü balıqlar".

- Cennaro Qattuzo: “Mario Balotelli qol vurub sevinməyəndə çox hirslənirəm".

- Zinəddin Zidan: “Futbol oynamağa ayaqqabım olmadığı üçün ağlayanda ayaqları olmayan insanla rastlaşmışdım".

- Romario: “Əgər gecə kluba getməsəm, gündüz oyunda qol vura bilmərəm".

- Ronaldinyo: “Qəşəng deyiləm. Bu, doğrudur. Amma sərgilədiyim oyun məni gözəl göstərir".

- Ronaldo: “Dünya çempionu olmaq seksdən daha yaxşıdır. Çünki sekslə hər gün məşğul olmaq olar. Amma dünya çempionatı 4 ildə bir dəfə keçirilir".

- Ansen Venger: “Hansısa yığmanı çalışdırmaq üçün mazoxist olmaq lazımdır".

- Tyerri Anri: “Futbolu ağlımla deyil, ürəyimlə oynayıram. Fikirləşmirəm, hərəkət edirəm".

- Kriştianu Ronaldo: “Məni görəndə Messinin adını qışqıranlar xəstə adamlardır".

- Raul Qonzales: “Dünyanın mərkəzi “Santyaqo Bernabeu"dadır".

- Joze Mourinyo: “İnsanların xoşuna gəlirsinizsə, yaxşı , yox, onlar sizə nifrət edirlərsə, deməli, ən yaxşı məşqçisiniz".

- Mario Balotelli: “Jurnalistlər hədlərini aşanda onları öldürmək lazımdır".

- Fabio Kapello: “Feyenoord" haqqında bildiyim tək şey bu klubun “Ayaks"la eyni ölkədən olmasıdır".

- Mario Balotelli: “Berluskoni deyir ki, Antonio Kassano ən yaxşı futbolçudur. Ya o, yalan danışır, ya da mənim mövcudluğumdan xəbəri yoxdur".

- Frans Bekkenbauer: “Futbolda güclü qalib gəlmir. Qalib gələn güclüdür".

- Zlatan İbrahimoviç: “Atam müsəlman, anam isə katolikdir. Mənim dinim isə futboldur".

- Eduard Malofeyev: “Atam deyirdi ki, futbol ona görə yaxşıdır ki, sabah zədələnəndə sənə zavoda işə girməyinə kömək edə bilər".

- Yohan Kroyf: “Mən sabiq futbolçu, sabiq məşqçi, sabiq idman direktoru və sabiq fəxri prezidentəm. Deməli, hər şeyin sonu var"

- Andrea Pirlo: “Messi və Ronaldo varsa, kimsə “Qızıl top"u arzulamasın".

- Arriqo Sakki: “Futbol vacib olmayan işlərin ən vacibidir".

- Devid Bekhem: “Hərə öz hisslərini bir cür büruzə verir. Mən də tatuirovka ilə".

- Kriştiano Ronaldo: “İnsanların heç də hamısı Allahı sevmir. Bəs, nəyə görə məni hamı sevir?"

- Ronaldinyo: “Kaş atam sağ olaydı və kim olduğumu görərdi".

- Bob Peysli: “Həyat yoldaşımın atası ilə tanış olanda o, məndən nə işlə məşğul olduğumu soruşdu. Mən futbolçu olduğumu bildirdim. Daha sonra o, peşəmlə maraqlandı. Mənsə futbolun elə peşəm olduğunu dedim. Onun mimikasını görüncə, hörgü işini də bacardığımı söylədim və o, bir qədər özünə gəldi".

- Yohan Kroyf: “Rəqibin hər bir çatışmazlığı sizin üstünlüyünüzə çevrilməlidir".

- Rayan Giqqz: “Aleks Ferqyussonla ilk söhbətimi ölənə kimi unutmayacam".

- Stiven Cerard: “Ölüm ayağında məni xəstəxanaya deyil, “Enfild Road"a aparın. Çünki orada dünyaya gəlmişəm, orada da ölmək istəyirəm".

- Dani Alves: “Mümkün deyil" sözünü zəif insanlar həyatlarını asanlaşdırmaq üçün istifadə edirlər".

- Visente del Boske: “Messi, ya Ronaldo? Messi. Çünki onun oyunu küçə futboluna daha yaxındır".

- Zinəddin Zidan: “Atam heç vaxt məni sevdiyini dilinə gətirməyib. Amma hərəkətləri ilə məni dünyada hamıdan və hər şeydən çox sevdiyini sübut edib".

- Zlatan İbrahimoviç: “Parisdə münasib mənzil tapa bilməsəm, otel alacam".

- Alessandro del Pyero: “Əgər Marçello Lippi məni Almaniyadakı mundiala aparmasaydı, onun avtomobilinin təkərlərini deşər, sonra da gəmisini batırardım".

- Ronaldo: “Del Pyeronun futbol magiyası məndə olsaydı, Maradonadan güclü olardım".

- Pele: “Braziliya hokkey üzrə dünyada ən yaxşı olanda Rusiya da futbol üzrə dünya çempionu olacaq".

- Lionel Messi: “Futbolu köynəyinin arxasında yazılan ada görə oynamaq lazımdır".

- Frank Riberi: “Ət yemirəm, alkoqollu içki içmirəm. Mən müsəlmanam".

- Roy Kin: “Partik Vieyra ilə mübahisəmiz dava ilə bitsəydi, o, məni öldürə bilərdi".

- Pep Qvardiola: “Topdan sürətli qaçmaq olmaz".

- Joze Mourinyo: “Çoxları qələbədən sonra sevinirlər. Mənimsə sevinməyə vaxtım yoxdu".

- Raul Qonzales: “Hələ 3 yaşım olanda topu vurmağa qapı axtarırdım. Ömrümün sonuna kimi də napı axtarmaqla məşğul olacam".

- Hidetoşi Nataka: “Futbolu futbolçuların çoxunun pul üçün oynadıqlarına görə 29 yaşında atdım".

- Ronaldo: “Rəqib futbolçularla forma dəyişəndə onların hamısından tər qoxusu gəlir. Yalnız Bekhemin forması ətir saçır. Ya Bekhem hansısa yolla tər qoxusunu gizlədir, ya da ətir tərləyir".

- Frans Bekkenbauer: “Hərdən paltardəyişmə otağına girəndə özümü Hollivudda hiss edirəm".

- Zinəddin Zidan: “Futboldan necə getməyin vacib deyil. Əsas necə yadda qalmağındır".

- Yurgen Klopp: “Məndən böyük 2 bacım var. Atam oğlunun dünyaya gəlməsini istəyirdi. Deməli, anadan olduğum ilk gündən ümidləri doğrulduram".

«Het-trik news»





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right