Emin Mahmudov "Boavişta"ya lazım olmadı

Portuqaliya Premyer Liqasında XXIX turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, tura Portuda keçirilən oyunla start verilib. Millimizin üzvü Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” doğma azarkeşləri önündə “Pasuş de Ferreyra”nı qəbul edib. Qarşılaşmada hesab açılmayıb - 0:0.

Millimizin yarımmüdafiəçisi bu oyunun iştirakçısı olmayıb. Onun adı oyunun iştirak ərizəsinə daxil edilsə də, sona qədər ehtiyat oyunçular skamiyasında oturub.

Qeyd edək ki, bu heç-heçədən sonra xallarının sayını 35-ə çatdırıb və turnir ədvəlində 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right