Cüneyt Çakır Səudiyyə Ərəbistanına yollanır

Türkiyənin ən öndə gedən futbol hakimlərindən olan Cüneyt Çakır Səudiyyə Ərəbistanına yollanacaq.

Newsport.az-ın məlumatına görə, təcrübəli referi Pro Liqanın 23-cü turu çərçivəsində keçiriləcək "Əl Hilal" - "Əl-Əhli" matçını idarə edəcək.

Bu barədə məlumatı Türkiyə Futbol Federasiysının rəsmi saytı yayıb.

Qeyd edək ki, bu, Cüneyt Çakıra göstərilən ilk etimad deyil. O, daha əvvəl də sözügedən ölkənin çempionat oyunlarında fit çalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right