"Lukakunun transferi ilə bağlı Droqbada zəng gözləyirəm"

"Everton"dan ayrılmaq istədiyi iddia edilən Romelu Lukaku haqda baş məşqçi Ronald Kumandan açıqlama gəldi.

Newsport.az-ın məlumatına görə, hollandiyalı baş məşqçi Lukakunun hansı komandaya gedəcəyini bilmədiyini, ancaq bu məsələdə üçün "Çelsi"nini sabiq futbolçusu Didye Droqbanın məlumatlı olduğunu söyləyib:

"Lukakunun hansı kluba getmək istədiyini bilmirəm. Bu məsələ ilə bağlı Didye Droqbada telefon zəngi gözləyirəm. Bəlkə də Lukakunun hansı komandaya gedəcəyini mənə söyləyər".

Kuman Lukakunu dünynanın ən güclü hücumçularından biri adlandırıb:

"Lukaku dünyanın ən yaxşı hücumçularından biridir. O, "Everton"un açar futbolçusudur. Onu komandamızda saxlamaq üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, Lukaku bu mövsüm 33 oyunda 24 qol vurub və 7 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right