Türk şərhçi erməniləri ittiham etdiyi üçün üzr istədi

“Beşiktaş”ın “Lion”a 1:2 hesabı ilə məğlub olduğu Avrupa Liqasının 1/4 final mərhələsinin ilk matçından öncə hər iki klubun azarkeşləri arasında baş verən olaylarda erməni təxribatının da əli olduğu ehtimal olunur.

 

Newsport.az xəbər verir ki, TRT-nin şərhçisi “Lion ermənilərin daha çox yaşadığı şəhərdi. Türk azarkeşlərə qarşı təxribatların ola biləcəyi çox açıq şəkildə gözlənilirdi” – kimi fikirləri efirdə səsləndirib. 

 

Alper Bakırcığil ilə birgə oyunu şərh edən “Beşiktaş”ın sabiq futbolçusu Əli Gültikən isə buna cavab olaraq deyib:

 

“Erməni vətəndaşlarımızın hamısını bu işə qarışdırmayaq. Ermənilər “Beşiktaş”ı çox sevən topludu. “Beşiktaş”a könül verən minlərlə insan tanıyıram. Azarkeşləri içində hadisəni terrorizmə çəkmək istəyənlər ola bilər”.

 

Çoxsaylı etirazlardan sonra Alper Bakırcığil üzr istəmək məcburiyyətində qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right