“Latsio”da yeni müqavilə

Sergey Milinkoviç-Saviç “Latsio” ilə müqaviləsini yeniləyib.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçunun yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. 

Milinkoviç-Saviç “Latsio”da 2015-ci ilin avqustundan çıxış edir. O, Roma klubuna “Genk”dən 9 milyon avro qarşılığında transfer olunub. 

Cari mövsüm gənc yarımmüdafiəçi “Latsio”nun heyətində meydana çıxdığı 32 oyunda 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right