Peres 100-cü qola görə Ronaldoya hədiyyə verdi

“Real”ın prezidenti Florentino Peres komadanın hücumçusu Kriştiano Ronaldoya Çempionlar Liqasında vurduğu 100-cü qol münasibətilə hədiyyə verib.

Newsport.az-ın məlumatına görə, klub prezdenti portuqaliyalı hücumçunu qitənin ən nüfuzlu klub turnirində vurduğu 100-cü qol münasibətilə “Real”ın 100 nömrəli formasıyla mükafatlandırıb.

Ronaldo İspaniyanın “Marka” nəşrinə açıqlamasında bunun onun üçün şərəf olduğunu deyib:

“Çempionlar Liqasında qol vurmağa başlayanda, rekord barədə düşünməmişdim. Bu, mənim üçün böyük şərəf idi. Buna nail olmaq çox çətin idi. Çox xoşbəxtəm”.

Xatırladaq ki, Ronaldo Çempionlar Liqasında 100 qol həddinə çatan ilk oyunçudu. O, bu rekorda “Bavariya” ilə səfər oyununda (2:1) dubla imza ataraq nail olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right